Türkiyədə 8 nəfər saxlanıldı - Terrora görə

turkiyede-8-nefer-saxlanildi
Oxunma sayı: 1577

İstanbulda “Reina” gecə klubunda törədilmiş terror hadisəsi ilə bağlı saxlanılanlar var.

“Qafqazinfo” Türkiyə KİV- nə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyatlar zamanı 8 nəfər saxlanılıb.

Axtarış əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.