Türkiyədə 9 terrorçu məhv edildi

turkiyede-9-terrorcu-mehv-edildi
Oxunma sayı: 713

Hakkari vilayətinin Güvəndağı bölgəsində PKK terrorçuları Türkiyə ordusunun mövqelərinə atəş açılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cavab atəşi zamanı 9 terrorçu məhv edilib, 3 əsgər isə yaralanıb.

Əməliyyata F-16 qırıcıları da havadan dəstək veriblər.

Hazırda əməliyyat davam edir.