Türkiyədə adam öldürən şəxs Bakıda tutulub

turkiyede-adam-olduren-sexs-bakida-tutulub
Oxunma sayı: 1015

Türkiyədə adam öldürüb Azərbaycana qaçan şəxs Bakıda ələ keçib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Türkiyə vətəndaşı Sunmez Mehmet tutulub.

Murad Əhməd