Türkiyədə ağır koronavirus xəstələrinin sayı azalıb

turkiyede-agir-koronavirus-xestelerinin-sayi-azalib
Oxunma sayı: 787

Türkiyədə ağır koronavirus xəstələrinin sayı azalmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, dekabrın 1-dən tətbiq olunan sərt karantin tədbirlərindən sonra rəqəmlər təxminən 3 ayda ilk dəfə 2 mindən az olub.

Buna təkcə komendant rejimi deyil, həm də yanvarın 14-dən start götürülən kütləvi peyvəndlənmə təsir edib. Belə ki, yanvar ayı ərzində ağır xəstələrin və yoluxanların sayında əhəmiyyətli bir azalma olub. Bu rəqəmlər yanvarın 25-də 1808 nəfərə qədər düşüb.

Qeyd edək ki, “Ümumi Koronavirus Cədvəli”nə görə, ağır xəstə sayı sentyabrın sonunda 1516, noyabrda 5 011-ə çatmışdı.