Türkiyədə ağır koronaviruslu xəstələrin sayı artır

turkiyede-agir-koronaviruslu-xestelerin-sayi-artir
Oxunma sayı: 2154

Türkiyədə son sutka ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 873 nəfərə çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

Ölkədə 1 183 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 243 180 nəfərə çatıb. Daha 1 185 nəfər sağalıb. Sağalanların ümumi sayı 226 155 nəfər təşkil edir.

Statistik göstəriciləri açıqlayan nazir bildirib ki, son üç gündə xəstəxanaya yerləşdirilənlərin sayında 32% azalma qeydə alınıb. Lakin prosesin ən mühüm göstəricilərindən biri olan ağır xəstələrin sayının artması davam edir (hazırda bu rəqəm 617-dir - red.). Son üç gündə yoluxma halları daha çox İstanbul, Ankara, Konya, Diyarbəkir və Şanlıurfada qeydə alınıb.