Türkiyədə ağır qəza - 2 ölü, 4 yaralı + Foto

turkiyede-agir-qeza
Oxunma sayı: 856

Türkiyənin Şanlıurfa vilayətində ağır yol qəzası hadisəsi baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza axşam saatlarında Şanlıurfa-Bozovo magistralının 20-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, mikin avtomobili əvvəlcə yük maşınına arxadan dəyib və daha sonra yoldan çıxaraq aşıb.  Hadisə nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər isə ağır yaralanıb.