Türkiyənin Muğla şəhərinin Menteşe rayonunda sərnişin mikroavtobusu ilə minik maşını toqquşub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Faktla bağlı araşdırma başladılıb.