Türkiyənin Uşak şəhərində sərnişin avtobusunun yük avtomobili ilə toqquşması ölümlə nəticələnib.
“Qafqazinfo”nun “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyə vaxtı ilə saat 03:00 radələrində Banaz-Uşak avtomobil yolunun 18 km-liyində baş verib. Qəza nəticəsində avtobusun sürücüsü və daha bir nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
Son Xəbərlər