Türkiyədə ağır qəza - 4 ölü, 9 yaralı

turkiyede-agir-qeza
Oxunma sayı: 643

Türkiyənin Artvin şəhərində mikroavtobus uçurma yuvarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Hadisə yerinə çox sayda jandarma, fövqəladə hallar xidmətinin əməkdaşları göndərilib. Qəza nəticəsində 4 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Polis hadisənin başvermə səbəbini araşdırır.