Türkiyədə ağır qəza, ölənlər var

turkiyede-agir-qeza-olenler-var
Oxunma sayı: 2059

Türkiyədə 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Konyanın Yunak rayonunda qeydə alınıb.

Belə ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus TIR-la toqquşub. Qəza nəticəsində 6 nəfər ölüb, yaralılar var.

Hadisə yerinə ambulanslar cəlb olunub.