Türkiyədə ağır yol qəzası - 4 ölü, 42 yaralı

turkiyede-agir-yol-qezasi
Oxunma sayı: 876

Türkiyənin Balıkesir əyalətinin Bandırma rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, dəhşətli hadisə nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb. 

İnsident səhər saatlarında Edincik məntəqəsində baş verib. Sərnişinlər Çanaqqalaya səyahətə gedirmiş. 

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və polislər cəlb edilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.