Türkiyədə ağır yol qəzası - 2 ölü, 18 yaralı

turkiyede-agir-yol-qezasi
Oxunma sayı: 1828

Türkiyənin Balıkesir şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Kepsut rayonunda mikroavtobusla avtomobil toqquşub.

Hadisə zamanı iki nəfər ölüb, 18-i yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.