Türkiyənin Diyarbəkir bölgəsində ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bədbəxt hadisə Şanlıurfa-Diyarbəkir yolunda doğum evinin yaxınlığında baş verib. Yol qovşağında taksi, sərnişin avtobusu və minik avtomobili toqquşub. Nəticədə taksidə olan 2 nəfər ölüb, 2-si ağır olmaqla, 5 nəfər isə yaralanıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər