Baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə keçirilən Ali Hərbi Şuranın yığıncağı başa çatıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, baş nazir iclasda çıxışı zamanı regionda Türkiyənin təhlükəsizliyinə daxili və xarici təhdidlərin olduğunu bildirib.
O deyib ki, hazırda Türkiyə üç terror təşkilatı - PKK, FETÖ/PDY və İŞİD-lə mübarizəni davam etdirir.
B. Yıldırım terrora dəstək verən yerli idarəçilərin vəzifələrindən kənarlaşdırıldıqlarını və onlarla əlaqəli məhkəmə prosesinin başladıldığını söyləyib.
Daha sonra bir sıra vacib ordu quruculuğu və yeni təyinatlarla bağlı qərarlar alınıb.
Ali Hərbi Şuranın yığıncağında qəbul edilən qərarların dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə elan edilməsi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər