Türkiyədə amfibiya yanğınsöndürən təyyarə gölə düşərək batıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Bildirilib ki, hadisə Aydın bölgəsində baş verib.
Belə ki, meşə yanğınlarının söndürülməsində iştirak edən təyyarə Bafa gölünə sərt eniş edib və batmağa başlayıb.
Ekipaj üzvlərinin xilas edildiyi qeyd olunub.