Türkiyədə anti-terror əməliyyatı - Ölən və yaralanan var

turkiyede-anti-terror-emeliyyati
Oxunma sayı: 807

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Hakkari vilayətində keçirdiyi əməliyyat nəticəsində 8 PKK terrorçusu məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb.

Hakkari vilayətinin rəhbəri terrorçuların təhlükəsizlik qüvvələrinə iri çaplı silahlardan hücum etdiyini açıqlayıb.

Keçirilən anti-terror əməliyyatı zamanı HHQ-yə məxsus F-16 qırıcıları PKK hədəflərinə zərbələr endirib. 8 terrorçu öldürülüb, 1 əsgər isə yaralanıb. Xəsarət alan əsgər artıq xəstəxanaya yerləşdirilib.