Türkiyədə anti-terror əməliyyatları - 32 ölü

turkiyede-anti-terror-emeliyyatlari
Oxunma sayı: 770

Türkiyə Silahlı Qüvvələrinin PKK terror qruplaşmasına qarşı apardığı əməliyyatlar davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ordudan verilən məlumata əsasən avqustun 3-10 arası keçirilən əməliyyatlar zamanı 32 terrorçu öldürülüb. Çoxlu sayda silah-sursat və partlayıcı maddə ələ keçirilib.

Hərbi Hava Qüvvələrinin də iştirak etdiyi əməliyyatlar zamanı terrorçulara məxsus 13 hədəf məhv edilib. Döyüşlər zamanı 1 əsgər şəhid olub, 11 isə yaralanıb.