Türkiyədə antiterror əməliyyatları davam edir

turkiyede-antiterror-emeliyyatlari-davam-edir
Oxunma sayı: 805

Türkiyənin təhlükəsizlik xidməti Bingöl əyalətində İŞİD-ə qarşı  əməliyyatları davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Milli Kəşfiyyat Təşkilatının (MIT) əməkdaşlarının iştirakı ilə iyulun 24-dən dekabrın 28-dək keçirilən əməliyyatlar zamanı İŞİD-lə əlaqədə şübhəli bilinən 26 nəfər saxlanılıb.   

Bundan əlavə partlayıcı qurğular, onların hazırlanması üçün maddələr və odlu silah aşkarlanaraq götürülüb.