Türkiyədə ard-arda iki zəlzələ

turkiyede-ard-arda-iki-zelzele
Oxunma sayı: 2327

Türkiyədə ard-arda iki zəlzələ olub.

“Qafqazinfo” “Milliyet”ə istinadən bildirir ki, yeraltı təkanlar Kütahya vilayətinin Simav rayonunda qeydə alınıb. Yerli vaxtla saat 22:28-də baş verən zəlzələ 3,4 bal, saat 23:02-də isə 3,1 bal gücündə olub.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.