Türkiyədə ard-arda turistləri daşıyan 2 avtobus aşdı - 1 ölü, 29 yaralı

turkiyede-ard-arda-turistleri-dasiyan-2-avtobus-asdi
Oxunma sayı: 1563

Türkiyədə güclü qar səbəbindən ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, Konya-Aksaray yolunun iki fərqli nöqtəsində Rusiyadan olan 32 turisti daşıyan avtobus aşıb. Nəticədə, 43 yaşlı Yelena Avtaikına vəfat edib, 16 turist ağır yaralanıb.

Eyni yolda baş verən digər qəzada isə 36 turistdən 13-ü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.