Türkiyədə ard-arda zəlzələ oldu

turkiyede-ard-arda-zelzele-oldu
Oxunma sayı: 1438

Türkiyənin Balıkesir vilayətində yeraltı təkanlar baş verib.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə vaxtilə saat 15:15-də təxminən 15 dəqiqə fasiləylə 3,9 və 3,3 maqnitudalı zəlzələlər qeydə alınıb. 

Birinci zəlzələnin ocağı yerin 11,46 km, ikincininki isə 6,39 km dərinliyində yerləşib. 

Dağıntılar və xəsarət alanlar olmayıb.