Türkiyədə ard-arda zəlzələlər oldu

turkiyede-ard-arda-zelzeleler-oldu
Oxunma sayı: 901

Türkiyənin Çankırı şəhərində 4,7 bal gücündə ard-arda 3 zəlzələ olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, episentri Çankırıda olan təkanlar Ankara, Karabük və Zonquldakda da hiss edilib.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin gücünü 4,7 bal, Kandilli rəsədxanası isə 4,9 bal göstərib.