Türkiyədə gənc qızın atası tərəfindən qətlə yetirilməsi gündəm olub.
"Qafqazinfo" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Ankarada baş verib.
Belə ki, Harun Yıldız adlı şəxs qızı Şeyma Yıldızın sevgilisinin olduğunu öyrənib. Bundan sonra ata qızı ilə mübahisə edib. Avtomobildə davam edən mübahisədən sonra qız maşını tərk edib. Bu zaman ata yanında olan tapança ilə atəş açaraq qızını qətlə yetirib.
Harun Yıldız hadisədən sonra polisə təslim olub. O, qızının sevgilisinin olduğunu öyrəndikdən sonra öldürdüyünü etiraf edib.
Son xəbərlər
Son Xəbərlər