Türkiyədə avtobus aşdı, 10-dan çox yaralı var - Foto

turkiyede-avtobus-asdi-10-dan-cox-yarali-var
Oxunma sayı: 1133

Türkiyənin Malatya şəhərinin Akçadağ rayonunda sərnişin avtobusu aşıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, nəticədə 14 nəfər xəsarət alıb.

Zərərçəkmişlər Malatyadakı xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.