Türkiyədə avtobus aşdı - 43 yaralı

turkiyede-avtobus-asdi
Oxunma sayı: 1705

Türkiyənin Kayseri şəhərində içərisində turistlər olan avtobus qəzaya düşüb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, nəticədə 43 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Dəvəli Dövlət Xəstəxanasına aparılıblar. Qəzaya avtobusun idarəetmədən çıxması səbəb olub.