Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var

turkiyede-avtobus-asdi-olen-ve-yaralananlar-var
Oxunma sayı: 952

Türkiyənin Tokat-Sivas yolunda minik avtobusu idarəetmədən çıxaraq aşıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə güclü qar yağıntılarına görə baş verib.

Qəza nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.