Türkiyədə avtobus dərəyə aşdı, 30 nəfər yaralandı

turkiyede-avtobus-dereye-asdi-30-nefer-yaralandi
Oxunma sayı: 2631

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər xəsarət alıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkirdə qeydə alınıb. 

Bildirilib ki, qəza güclü qar yağması səbəbindən baş verib. 

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.