Türkiyədə avtobus dərəyə yuvarlandı, ölənlər var - Fotolar

turkiyede-avtobus-dereye-yuvarlandi-olenler-var
Oxunma sayı: 1922

Türkiyədə İstanbulun Şimali Mərmərə avtomagistralında sərnişin avtobusu 30 metrlik dərəyə yuvarlanıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, nəticədə, üç nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım xidməti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.