Türkiyədə avtomobilə hücum - 7 milyon dollar oğurlandı

turkiyede-avtomobile-hucum
Oxunma sayı: 717

Türkiyədən İraqa məhsul satan şirkətlərin pullarını ölkəyə gətirən avtomobilə hücum edilib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, avtomobil sərhəddən Türkiyəyə keçdikdən sonra 6 silahlı şəxs tərəfindən atəşə tutulub.

Pulları götürən maskalı şəxslər izlənilməmək üçün avtomobilin təkərlərini gülləlləyiblər və hadisə yerindən uzaqlaşıblar.

Avtomobildəki 5 nəfərə isə xəsarət yetirilməyib.

Silahlıların axtarışı davam edir.