Türkiyədə azarkeşlər idman yarışlarına buraxılacaq

turkiyede-azarkesler-idman-yarislarina-buraxilacaq
Oxunma sayı: 1005

Türkiyədə idman yarışlarına məhdud sayda azarkeşlər buraxılacaq.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Türkiyəli nazir idman müsabiqələrinin yeni mövsümündə azarkeşlərlə keçirilib-keçirilməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Qarşıdakı dövrdə təkcə bu sahə üzrə deyil, bütün sahələrdə məhdudiyyətlərin götürülməsinin tərəfdarıyıq. İdman yarışları üçün də sayları müəyyən edərək azarkeşlərin buraxılacağını indidən demək istəyirəm”.