Türkiyədə azərbaycanlı içkidən zəhərlənib öldü

turkiyede-azerbaycanli-ickiden-zeherlenib-oldu
Oxunma sayı: 1343

Türkiyənin Sakarya vilayətinin Sapanca rayonunda Azərbaycan vətəndaşı Əbülfəz İsmayılov alkoqollu içki qəbulundan sonra xəstəxanalıq olub.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, 41 yaşlı azərbaycanlı oktyabrın 16-da dostları ilə yeyib-içdikdən sonra vəziyyəti pisləşib. 

İçkidən zəhərlənən şəxs Sapanca Dövlət Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sapanca rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı apardığı araşdırma çərçivəsində İsmayılova saxta içkini satan Gürcüstan vətəndaşını saxlayıblar.