Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində qadınları fahişəliyə məcbur edən şəbəkəyə qarşı əməliyyat keçirilib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində şəbəkənin 9 üzvü saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, şəbəkənin başçısı azərbaycanlı qadın S.M-dir. Onun şəbəkəsinin əcnəbi qadınları iş vədi ilə Türkiyəyə apardığı və daha sonra insan alverinin qurbanlarına çevirdiyi üzə çıxıb.
Məlumata görə, şəbəkə üzvləri öz aralarında gizli söhbət proqramı vasitəsilə əlaqə saxlayıblar və bir-birilərinə “dayı, bacı və fədai” deyə müraciət ediblər. Bundan başqa, müştərilər gələndə “yeni avtomobillər gəldi” deyə məlumat ötürüblər.
Qeyd edək ki, fahişəliyə məcbur edilən 10 qadın Türkiyədən deportasiya edilərək ölkələrinə göndəriliblər.
Son xəbərlər
Son Xəbərlər