Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşdü - 4 yaralı

turkiyede-azerbaycanli-telebeler-qezaya-dusdu
Oxunma sayı: 2034

Türkiyənin Kahramanmaraş şəhərində azərbaycanlı tələbələr qəza törədib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kahramanmaraş-Kayseri yolu üzərində baş vermiş qəzada 4 nəfər yaralanıb. 21 yaşlı Fərid Ağazadə icarəyə götürdüyü 46 PC 805 nömrə nişanlı avtomobili yol kənarındakı maneəyə çırparaq tarlaya sürüklənib. Fərid və maşınında olan 3 tələbə dostu yaralanıb. Hadisə yerinə gələn təcili yardım maşınları yaralıları xəstəxanaya çatdırıb, vəziyyətləri normaldır.

Avtomobil istifadəsiz hala düşüb.