Türkiyədə azərbaycanlıların da olduğu gəmi batdı - 6 ölü +Video

turkiyede-azerbaycanlilarin-da-oldugu-gemi-batdi
Oxunma sayı: 5608

Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən gəmi batıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Komandirliyi batan gəmidən yeddi ekipaj üzvünü xilas edib, 2 nəfərin isə meyitini tapıb.

Gəmidə ümumilikdə 13 ekipaj üzvünün olduğu müəyyən edilib. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan, 2-sinin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib. 

Axtarış tədbirləri davam etdirilir. Əməliyyata bir təyyarə, 4 helikopter, bir axtarış-xilasetmə gəmisi, 2 sahil təhlükəsizlik qayığı cəlb edilib. 

Ərazidə dəniz suyunun 8-10 dərəcə olduğu, batan ekipaj üzvlərinin bu soyuqluğa 2 saat dözə biləcəyi açıqlanıb. 

***

Son rəqəmlərə görə, 7 ekipaj üzvü xilas edilib, 6 nəfər isə ölüb.