Türkiyədə bal arıları hücuma keçib, ölü və yaralılar var

turkiyede-bal-arilari-hucuma-kecib-olu-ve-yaralilar-var
Oxunma sayı: 3240

Türkiyənin Tunceli vilayətində yerli sakinlər pətəklərindən çıxan arıların hücumuna məruz qalıblar.

“Qafqazinfo” xəbər verir ki, bal arılarının hücumu nəticəsində 62 yaşlı Kazım Çadırlı adlı şəxs dünyasını dəyişib, daha 3 nəfər isə yaralanıb. 

Yüzlərlə arının bir anda pətəklərindən çıxmasının səbəbi isə bilinmir. 

Kənd sakinləri müdaxiləsi nəticəsində arılar çətinliklə nəzarət altına alınıblar.