Türkiyədə binada partlayış - Yaralılar var

turkiyede-binada-partlayis
Oxunma sayı: 955

Türkiyənin Qaziantep şəhərində 5 mərtəbəli bir binanın 1-ci mərtəbəsində partlayış baş verib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, hadisə zamanı 7 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım və xilasedicilər cəlb edilib. Bina sakinləri təxliyyə edilib.

Partlayışın səbəbi araşdırılır.