Türkiyədə bir qazanda 150 min dollar tapıldı

turkiyede-bir-qazanda-150-min-dollar-tapildi
Oxunma sayı: 4853

Rusiyalı xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar aşkar ediblər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, xilasedicilər uçan evdə axtarış-xilasetmə əməliyyatları zamanı içərisi yüz dollarla dolu olan qazan aşkar ediblər.

Daha sonradan tapılan məbləğin 150 min dollar olduğu müəyyən edilib və vəsaitlər yerli polisə təhvil verilib.