Türkiyədə bu görüntülər gündəm oldu - Video

Türkiyədə bu görüntülər gündəm oldu
Oxunma sayı: 4018

Türkiyədə tikinti şirkətinin sahibi olduğu iddia edilən şəxsin öz işçisini avtomobilin yük yerində aparması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Antalyanın Qazipaşa rayonunda qeydə alınıb.

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, şirkət sahibi işçiyə iş zamanı geyinmək üçün ayaqqabı alıb, lakin ölçüsü kiçik olub. Bu dəfə ayaqqabının ölçüsünü dəyişmək üçün işçisini də mağazaya aparan rəhbər, ona maşının salonunda yox, “baqaj”da yer ayırıb.

Maşının yük yerindən enən işçini görənlər gözlərinə inanmayıb. Maraqlıdır ki, işçi eyni üsulla da geri qayıdıb.

Müzakirələrə səbəb olan görüntülər mobil telefonlara və təhlükəsizlik kameralarına əks olunub. İddia olunur ki, nəqliyyat vasitəsinin sahibi işçini “baqaj”a girməyə məcbur etməyib, fəhlənin özü paltarı çirkli olduğu üçün avtomobilin salonunda oturmaq istəməyib.