Türkiyədə bu gün 346 nəfər koronavirusdan öldü

turkiyede-bu-gun-346-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 896

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 346 nəfər koronavirusdan ölüb.

Sutkada 322 min 128 COVID-19 testi aparılıb ki, bunun da 61 min 28-i müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 375-ə çatıb.

55 min 592 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 792 min 129-a yüksəlib.