Türkiyədə bu gün 354 nəfər koronavirusdan öldü

turkiyede-bu-gun-354-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1082

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 354 nəfər pandemiyanın qurbanı olub.

Sutkada 312 min 109 koronavirus testi aparılıb ki, bunun da 54 min 791-i müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 463 təşkil edir.

65 min 593 nəfər COVID-19-dan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 909 min 935 olub.