Türkiyədə bu gün sağalanların sayı yoluxanların sayından 2 dəfə çox olub

turkiyede-bu-gun-sagalanlarin-sayi-yoluxanlarin-sayindan-2-defe-cox-olub
Oxunma sayı: 1533

Türkiyədə son sutka ərzində koronavirusdan 84 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə virusdan dünyasını dəyişənlərin sayı 3258 nəfərə çatıb. Daha 2188 nəfərdə isə virus aşkarlanıb. Ümumi yoluxanların sayı 122 392-dir.

4922 nəfər sağalaraq evə buraxılıb. Ümumilikdə 53 min 808 nəfər koronavirusa qalib gəlib. Beləliklə, bu gün Covid-19-dan sağalanların sayı yoluxanların sayından 2,25 dəfə çox olub.