Türkiyədə bu küçəyə Qarabağ adı verildi

turkiyede-bu-kuceye-qarabag-adi-verildi
Oxunma sayı: 808


“Qafqazinfo”ya daxil olan məlumata görə, bələdiyyə başqanı ilə yenidən görüşməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva gorüşdə Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr olduğunu bildirərək, qədim Kapadokya, Uçhisarla da Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək istədiklərini bildirib və bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı  da fikir mübadiləsi aparıb. Uçhisar bələdiyyə başqanı millət vəkili Qənirə Paşayevanın bundan öncə Nevşəhərə səfəri zamanı verdiyi konfransda və Azərbaycan-Türkiyə qardaşlıq gecəsində çıxışında üzünü Nevşəhərlilərə tutaraq bu tarixi bölgədə gözəl Qarabağımızın adını daşıyan bir park və ya küçə görmək istəyirik çağırışını xatırladaraq tarixi Kapadokya olaraq bu çağırışa səs verdiklərini və bələdiyyə qərarı ilə turizm mərkəzlərindən biri olan Kapadokyanın mərkəzi küçələrindən birinə Qarabağ adı verdiklərini bildirib və bunun bir qardaşlıq vəzifəsi olduğunu deyib.