Türkiyədə bu məhdudiyyətlər ləğv edildi - Siyahı

Türkiyədə bu məhdudiyyətlər ləğv edildi
Oxunma sayı: 3118

Türkiyədə  Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Nazirlər Kabinetinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kabinetin iclasında ölkədəki karantin rejimi ilə əlaqədar bir sıra qərarlar qəbul olunub.

“İyulun 1-dən etibarən küçəyə çıxma məhdudiyyətləri tamamilə ləğv edilir. Musiqi ilə bağlı məhdudiyyəti 24:00-a çəkirik. Gecə heç kimin heç kimi narahat etmə hüququ yoxdur. Şəhərdaxili ictimai nəqliyyatda məhdudiyyətlər başa çatır. İctimai qurum və təşkilatlarda normal iş rejiminə keçilir.

Səhiyyə Nazirliyinin hazırladığı pandemiya idarəçiliyi ilə bağlı təlimatlara əməl etmək lazımdır. HES kodu (Həyat Evə Sığar - red.) davam etdiriləcək. Məsələ ilə bağlı təfərrüatı Daxili İşlər Nazirliyi yayacaq”.