Türkiyədə bu qədər seçki qutusu hələ açılmayıb

turkiyede-bu-qeder-secki-qutusu-hele-acilmayib
Oxunma sayı: 4744

“Ölkə daxilində seçki qutularının 99%-i açılıb”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener açıqlayıb. 

Onun sözlərinə görə, ölkə daxilində 27 seçki qutusu hələ açılmayıb: “Ölkə xaricində olan 9594 seçki qutusundan isə 1529-u açılmayıb”.

Yener qeyd edib ki, yerli vaxtla 09:45-ə olan məlumata görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan səslərin 49,40, CHP sədri Kamal Kılıçdaroğlu 44,96, “ATA” ittifaqının namizədi Sinan Oğan isə 5,2 faizini toplayıb. 

O, nəticələrin hesablanmasının davam etdiyini vurğulayıb.