Türkiyədə canlı bomba ələ keçirilib.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, hadisə Konya şəhərində qeydə alınıb. Belə ki, adı axtarılan canlı bomba siyahısında olan, gizli adı “Jinda” kimi bilinən 25 yaşlı Necla Y. Konya polisi tərəfindən həbs edilib. Aparılan əməliyyatlar zamanı Necla Y. ilə əlaqəsi olan daha 4 nəfər də yaxalanıb.
İddiaya görə, Suriyanın Kobani əyalətində “ bomba və öz müdafiə” təhsili alan Neclan Konyaya polisə qarşı aksiya hazırlamaq üçün gəlib.
Son xəbərlər
Son Xəbərlər