Türkiyənin Yüksəkova vilayətində hərbi əməliyyat üçün yola düşən iki zirehli avtomobil PKK-nın hücumuna məruz qaldığı və 16 əsgərin şəhid olduğu hadisədən sonra televiziya kanalları proqramlarında dəyişiklik edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Hollandiyanı 3-0 məğlub etdiyi matçı tamaşaçılara çatdıran şərhçilər Dağlıcadan gələn acı xəbərdən sonra yayımın yarımçıq saxlanmasını istəyib.
Son dərəcə kədərli olduğu görülən şərhçi Əhməd Çakar "Mənim 17 dənə övladım ölüb. Proqramı dayandırın. Dayana bilmirəm, içimə qapanmışam. Fikrim burda deyil” deyərək həmkarı Ertem Şənərin sözü çox uzatmadan yayımı sonlandırmasını istəyib.
Könül
Son xəbərlər
Son Xəbərlər