Türkiyədə cansız manekenə “təcavüz edən” oğru saxlanıldı - Video

turkiyede-cansiz-manekene-tecavuz-eden-ogru-saxlanildi
Oxunma sayı: 1726

Türkiyənin Antalya şəhərində qəribə hadisə baş verib.

“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, aprelin 10-da gecə saatlarında 3 yerli sakin mağazalardan birinə basqın edərək cansız manekenin üzərindəki xəzli paltonu oğurlayıb. Daha sonra onlardan biri manekenə qarşı seksual xarakterli hərəkətlər edib. Onun bu davranışı kamera görüntülərinə həkk olunub.

Səhər işə gələn mağaza sahibi polisə şikayət edib. 

Araşdırmalar nəticəsində 25-30 yaşlarında olan 3 şübhəli saxlanılıb. 

Faktla bağlı araşdırma davam etdirilir.