Türkiyədə Kocaeli rayonunun Körfəz vilayətində 46 yaşlı çeçen Ruslan İsrafilov yaşadığı binanın qarşısında qətlə yetirilib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə mayın 11-də gecə saatlarında baş verib. Belə ki, 3 uşaq atası olan Ruslan İsrafilov onunla görüşmək isədiyini söyləyən kişi ilə söhbət etmək üçün həyətə düşüb və o zaman da silahlı hücuma məruz qalıb. 4 güllə yarası alan İsrafilov hadisə yerindəcə keçinib.
Mərhumun dostları bu cinayətdə Rusiya kəşfiyyatını təqsirləndirib.
Türkiyə polisi araşdırmalar aparır.
Son xəbərlər
Son Xəbərlər