Türkiyədə Covid-19-a yoluxma faktı 1000 nəfərdən az oldu

turkiyede-covid-19-a-yoluxma-fakti-1000-neferden-az-oldu
Oxunma sayı: 1316

Türkiyədə son sutka ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib, 972 nəfər virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə virusdan ölənlərin sayı 4222-yə, yoluxanların sayı 152 min 587-yə yüksəlib.

Son 24 saatda 20 min 838 test edilib, 972 nəfər sağalaraq evə buraxılıb.