Türkiyədə COVİD-ə yoluxanların sayı artır

turkiyede-covid-e-yoluxanlarin-sayi-artir
Oxunma sayı: 1120

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gün ərzində 73 nəfər pandemiyanın qurbanı olub.

Sutkada 126 min527 koronavirus testi aparılıb, onlardan 9 min 572-si müsbət çıxıb.

Ağır xəstə sayı 1192 təşkil edir. 6 min 210 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 546 min 503-ə yüksəlib.